Riyaziyyat fənni üzrə olimpiadaları
120 saat tədrisHibrid
Tədris mərkəzimiz, məktəb şagirdləri üçün riyaziyyat fənni üzrə respublika və beynəlxalq olimpiadalara hazırlıq proqramları təklif edir. Bu proqramlar vasitəsilə şagirdlər riyaziyyat sahəsində dərin biliklər qazanaraq, gələcəkdə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə bilərlər. Tədris mərkəzimiz, təcrübəli müəllimlər və müasir tədris metodları ilə istedadlı şagirdlərin uğur qazanmasına dəstək olur.
Proqramımızda aşağıdakı olimpiadalar üçün hazırlıq dərsləri mövcuddur:
RFM: Respublika Fənn Müsabiqələri
EGMO: Avropa Qızlar Riyaziyyat Olimpiadası
RFO: Respublika Fənn Olimpiadaları
KBRM: Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
IMO: Beynəlxalq Riyaziyyat Olimpiadası
Lütfi Zadə: Məntiq Olimpiadası
BMO: Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası
Tez-tez verilən suallar
#1Olimpiadalara qəbul neçənci sinifdən etibarən başlayır?
Riyaziyyat Fənni Olimpiadaları üçün 6-8-ci sinif şagirdləri müraciət edə bilərlər.
#2Olimpiadaların üstünlükləri nələrdir?
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulmuşdur. Bu seçimlər qeyd olunmuş nəaliyyətləri əldə etmiş şəxslər üçün nəzərdə tutulub:
- Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX - XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- Beynəlxalq müsabiqənin və ya yarışın(15 yaşdan yuxarı yaş qurupu) laureatı olmuş(ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
#3Fənnlərin tədrisi hansı müddəti əhatə edir?
Fənnlər akademik tədris ilininin sentyabr və may ayları aralığını əhatə edir.
#4Tədris prosesi necə aparılır?
Tədris prosesində peşəkar və beynəlxaq təlimçilər iştirak edirlər. Mentorluq sistemi sayəsində tələbələrin dərs keyfyyətlərinin yaxşılaşdırılması üzrə daimi nəzarət aparılır.
#5Qəbul şərtləri nədir?
Qəbul üç mərhələlidir: 1. Riyaziyyat bilikləri üzrə onlayn test imtahanı2. Canlı test imtahanı3. Müsahibə
#6Dərs saatları necə tənzimlənir?
Tədris prosesi hibrid dərs qrafiki ilə aparılır və dərs saatları proqrama və tələbələrə əsasən uyğunlaşdırılır.
Qeydiyyat tezliklə aktivləşəcək
Xəbərdar olmaq üçün abunə olun.
Bizimlə indi əlaqə saxla!
+994 50 555 07 82Əlaqə nömrəsi
[email protected]Elektron poçt
Üzeyir Hacıbəyli 57Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 57